Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' klubu dünya reytinqində ''100-lüy''ə daxil olub

''Qarabağ'' klubu dünya reytinqində ''100-lüy''ə daxil olub

Tarix: 10 May 2022 10:14

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, 300 komandanın yer aldığı siyahıda Azərbaycan təmsilçilərindən "Qarabağ" və "Neftçi" yer alıb.

Aktivində 136 xalı olan "köhlən atlar" ötən ayla müqayisədə 7 pillə irəliləyərək 99-cu yerə yüksəlib.

"Ağ-qaralar" isə 87 xalla 237-ci mövqedən 221-ci sırayadək irəliləyib.

İlk "3-lük"də 305 xalla "Çelsi" (İngiltərə), 304 xalla "Atletiko Mineyro" və 296 xalla "Palmeyras" (hər ikisi Braziliya) qərarlaşıb.

Milli.Az


Etiketlər:  Qarabağ klubu dünya reytinqində lüyə daxil olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ