Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hacıqabulda kəndlə əlaqə kəsilib

Hacıqabulda kəndlə əlaqə kəsilib

Tarix: 11 May 2022 10:00

Hacıqabulda sel körpünü yenidən uçurub.

Sonxeber.net "Report"a istinadən bildirir ki, son günlər havaların qeyri-sabit keçməsi nəticəsində rayonun Udulu kəndi ərazisindən keçən Pirsaatçayda daşqınlar yaranıb. Yeli sakinlərin sözlərinə görə, sel-suları çayın üzərindəki köhnə körpünü uçuraraq tamamilə yararsız hala salıb. Bununla da Udulu kəndi istiqamətindən 7 yaşayış məntəqəsinin rayonla əlaqəsi müvəqqəti kəsilib.

Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sel-sular Udulu kəndini birləşdirən çay üzərindəki körpünü uçursa da, yaşayış məntəqələrini birləşdirilən Tağılı kənd istiqamətindəki alternativ yoldan istifadə edilir. Uçan körpünün yaxınlığında isə yeni körpü tikilir. Sel dayanan kimi həmin körpünün tikintisi davam etdiriləcək.

Tikinti başa çatdıqdan sonra əhalini narahat edən problem birdəfəlik həll olunacaq.

Qeyd edək ki, sel mayın 9-da axşam saatlarında da Pirsaatçay üzərindəki köhnə körpünü uçurmuşdu.


Etiketlər:  Hacıqabulda kəndlə əlaqə kəsilib


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ