Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın legioneri ağır xəstəlik keçirib

''Qarabağ''ın legioneri ağır xəstəlik keçirib

Tarix: 11 May 2022 23:20

Türkiyənin "Ankaragücü" klubunda icarə əsasında çıxış edən "Qarabağ"ın futbolçusu Ovusu Kvabena ağır xəstəlik keçirib.

Sonxeber.net "report"-a istinadən bildirir ki, bu barədə paytaxt təmsilçisinin Futbol Şöbəsinin koordinatoru Emre Yıldız açıqlama verib.

Klub rəsmisi bildirib ki, qanalı hücumçu xəstəxanaya yerləşdirilib və 2 gün orada qalıb. 25 yaşlı forvard bu səbəbdən "Boluspor" və "Keçiörengücü" komandalarına qarşı I Liqa matçlarında iştirak edə bilməyəcək.

Qeyd edək ki, cari mövsümün əvvəlindən "Ankaragücü"ndə çıxış edən Ovusu Kvabena meydana çıxdığı 23 oyunda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


Etiketlər:  Qarabağın legioneri ağır xəstəlik keçirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ