Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bələdiyyə sədri 3000 manat cərimə olunub

Bələdiyyə sədri 3000 manat cərimə olunub

Tarix: 12 May 2022 20:08

Əraziyə cavabdeh şəxs cəzalandırılıb.

Beyləqan rayonu, Birinci Şahsevən kəndi yaxınlığında tullantıların qalaqlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Sonxeber.net-a bildirib ki, faktla bağlı Birinci Şahsevən bələdiyyəsinin sədri Azad Məmmədov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub.

"Ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə məcburi göstəriş verilib",-B. Məhəmmədov bildirib.


Etiketlər:  Bələdiyyə sədri 3000 manat cərimə olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ