Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2022 21:03
Gündəlik yeyilən bəzi qidalar asıllıq yaradır.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bu qidalar və içkilərin əksər hissəsi insan sağlamlığı üçün ziyanlıdır ki, piylənmə, ürək-damar sistemi xəstəlikləri, xərçəng xəstəliklərinin riskini artırır.
Bu növ qidalar hansılardır?
Pizza - Sübut olunub ki, bu qida ən güclü asılılıq yaradır. Fast-foodlarda satılan pizza həddindən artıq kalorili və ziyanlı qidadır. Onun tərkibində çoxlu yağlar, emal olunmuş və kanserogen effektə (xərçəng əmələ gətirən) malik ət (kolbasa) var. Bu qidanı tez-tez yeyən insanlarda piylənmə, insult, infarkt, hətta xərçəng kimi xəstəliklərin riski artır.
Şokolad növbəti asıllı yaradan qidadır. Şokolad konfetləri ziyanlı sayılır. Lakin təmiz acı şokolad (70% kakao) faydalı məhsuldur. Təmiz şokoladın az miqdarda qəbulu (plitkanın 1/3 hissəsi) insan orqanizminə müsbət təsir edir.
Dondurma da çox kalorili məhsuldur. Yaxşı, keyfiyyətli, təbii dondurma faydalı məhsuldur. Belə dondurmanın az miqdarda qəbulu orqanizmə zərər yetirə bilməz.
Kartof çipsləri çox ziyanlı qida sayılır. Onların müntəzəm qəbulu bədən çəkisinin artmasına səbəb olur və həmçinin xərçəngin riskini artırır.
Kartof-fri bütün digər qızardılmış qidalar kimi kanserogen xüsusiyyətlərinə malikdir. Bu qidanın daim qəbulu mədə-bağırsaq xərçənginin riskini xeyli artırır.