Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Simonyan və ərinin milyonluq mülkləri üzə çıxdı

Simonyan və ərinin milyonluq mülkləri üzə çıxdı

Tarix: 14 May 2022 15:54

Rusiyanın əsas təbliğatçılarından biri olan Marqarita Simonyan və əri Tiqran Keosayanın qohumlarının $7,5 milyon dəyərində daşınmaz əmlakı üzə çıxıb.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, "İnsanoid" səhifəsi bu barədə faktın "Yandex Food"da baş verən məlumat sızması nəticəsində bilindiyini yazıb.

Belə ki, Tiqran Keosayanın qızı Aleksandra evə çatdırılma sifariş edib. Məlum olub ki, onun Moskvanın və Moskva vilayətinin ən elit ərazilərində daşınmaz əmlakı var: Arbatda yerləşən 92 m²-lik mənzil (təxminən 700 min dollar dəyərində) və Barvixa rayonunda nənəsinin adına olan 500 m²-lik malikanə (3 milyon dollar).

Tiqran Keosayanın qardaşı oğlu Edmond Keosayanın Moskvanın mərkəzi, Mosfilmovskaya rayonunda 500 min dollar dəyərində 100 m²-lik mənzili var.

"Sputnik" xəbər agentliyinin baş redaktoru Simonyanın anası Zinaidanın təxminən 2,5 milyon dollarlıq malikanəsi isə Moskvanın elit kəndi "Knyaz gölü"ndə yerləşir. Onun qızı da elə məhz burada yerləşən 900 m²-lik villaya sahibdir.

Marqarita Simonyan 2013-cü ildən "Sputnik"in baş redaktoru vəzifəsini icra edir.


Etiketlər:  Simonyan ərinin milyonluq mülkləri üzə çıxdı


RƏYLƏR