Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2022 19:52
Bakıda polis polkovnik-leytenantı iş başında vəfat edib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə bu gün Xətai Rayon Polis İdarəsinin inzibati binasında baş verib.
İdarənin Cinayət Axtarış Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zəka Aydın oğlu Səfərov xidməti otağında olarkən onun halı qəfil pisləşib.
Dərhal təcili tibbi yardım xidmətinə müraciət edilsə də, onun həyatını xilas etmək mümlün olmayıb.
Faktla bağlı araşdırma aparılır.