Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna qoşunları Xarkov vilayətində dövlət sərhədinə yaxınlaşıb

Ukrayna qoşunları Xarkov vilayətində dövlət sərhədinə yaxınlaşıb

Tarix: 15 May 2022 20:38

"Ukraynanın silahlı qüvvələri artıq Xarkov vilayətinin şimal-şərqindəki sərhədə yaxın ərazidə yerləşir. Yaxın günlərdə müdafiəçilərimiz ölkə sərhədinə çatmağa çalışacaqlar".

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəhbərinin müşaviri Vadim Denisenko bildirb.

"Əgər söhbət Xarkov vilayətinin şimal-şərqindən gedirsə, orada Ukrayna qoşunları həqiqətən də orada əks-hücuma keçiblər, biz artıq sərhədə yaxınıq və ümid edirəm, hər şey yaxşı olsa, yaxın günlərdə Ukrayna sərhədinə çatmağa çalışacağıq", - Denisenko deyib.

Eyni zamanda, onun sözlərinə görə, işğalçılar tərəfindən üç körpünün dağıdılması Ukraynanın regionda əks-hücumunu müəyyən qədər ləngidə bilər.

"Əgər regionun cənubundan, İzyum istiqamətindən danışırıqsa, onda onlar (işğalçılar - red.) orada cəmləşirlər, Slavyanska və Kramatorska növbəti zərbə vurmağı düşünürlər", - DİN rəsmisi əlavə edib.

Milli.Az


Etiketlər:  Ukrayna qoşunları Xarkov vilayətində dövlət sərhədinə yaxınlaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ