Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2019 18:40
Bakı. Elçin Mehdiyev Trend:
Bu ilin ötən dövründə bir tona yaxın narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu nazir Vilayət Eyvazov DİN-də “Mülkiyyət əleyhinə olan cinayətlərin və qeyri-aşkar şəraitdə baş vermiş xırda talamaların qarşısının alınması və açılması”nın, həmçinin “Polis sahə rəisləri və inspektorları tərəfindən inzibati qanunvericiliyin tətbiqi sahəsində görülmüş işlər”in vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında deyib.
Nazir bu sahədə fəaliyyətin nəticələrinin tam qənaətbəxş olmadığını deyib.
V.Eyvazov antinarkotik təbliğatın gənclər arasında, təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə gücləndirilməsinin vacibliyi, xüsusən cinayətkar qruplaşmaların yeni metodlardan - internet informasiya resurslarından istifadə etməklə narkotiklərin satışını həyata keçirmək cəhdlərinin qarşısının alınması üzrə icrası zəruri olan tədbirlər barədə konkret tapşırıqlar verib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin