Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Oğluma dedim ki, əsir düşsən özünü öldür” - Şəhid anasından ürək dağlayan sözlər - VİDEO

“Oğluma dedim ki, əsir düşsən özünü öldür” - Şəhid anasından ürək dağlayan sözlər - VİDEO

Tarix: 16 May 2022 19:00

ATV-nın "Bizimləsən" proqramının növbəti buraxılışında Şəhid Cəfərov Araz Səmədağa oğlunun anası, həyat yoldaşı və bacısı iştirak edib.

Sonxeber.net xəbər verir ki, həyat yoldaşı Arazdan danışarkən, çox mehriban ailə başçısı olduğunu vurğulayıb:

"Böyüklə böyük, kiçiklə kiçik idi. Hər zaman ailə işlərində mənə yardım edib. Birlikdə yeməklər hazırlayırdıq. Döyüşdə olduğu müddətdə getdikcə söhbətlərimiz azalırdı".

Şəhidimizin anası isə, oğlu döyüşə gedən zaman yalnız bir tapşırıq verdiyini bildirib:

"Hərbiyə işləməyi özü istəyib. Hərbi paltarını elə sevirdi ki, onunla yatırdı. Bir gün dedi ki, ana, bizə gəl, mən cəbhəyə gedəcəm. Dedi ki, ev, uşaqlar sənə əmanət gedirəm mən. Hər gün telefonla danışırdıq. Bir gün çox narahat oldum. Dedim ki, Allah, Araz sağ da gəlsə, şəhid də gəlsə ona qurban kəsəcəm. Axşam yuxuda gördüm ki, məni çağırır. Gördüm ki, ağaca başını qoyub yatıb. Necə şəhid olubsa o formada da gördüm. Dedim ki, Araz burda niyə yatmısan, döyüşməyə gəlmisən sən. Evdən çıxanda nə söz vermişdin? Evdən çıxanda ona demişdim ki, əsir düşmə. Əsir düşsən özünü vur. Dedi ki, ana yorulmuşam, yuxum gəlir. Dedi ki, ana mənə lay-lay çal. Sən demə həmin gün şəhid olub".

Qeyd edək ki, Laçının, Qubadlının, Zəngilanın azadlığı uğrunda və Vətən uğrunda medalı ilə təltif olunan şəhid Cəfərov Araz, Vətən müharibəsi zamanı noyabrın 4-ü Laçında yaralı döyüş yoldaşını xilas edərkən şəhid olub.


Etiketlər:  Oğluma dedim əsir düşsən özünü öldür Şəhid anasından ürək dağlayan sözlər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ