Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu bina real təhlükə mənbəyidir - VİDEO

Bu bina real təhlükə mənbəyidir - VİDEO

Tarix: 17 May 2022 12:44

Nə ərazi hasara alınıb, nə də hər hansı bir təhlükəsizlik tədbirləri görülüb. Nəticədə piyadalar bu səkidən istifadə edəndə təhlükə ilə üz-üzə qalırlar. Belə bir problem Yasamal rayonu ərazisində yaşanır. Sakinlərinin bir qisminin köçürüldüyü bina elə qəzalı vəziyyətdə də qalmaqda davam edir. Bəs problem nə zaman həll ediləcək? 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, tavanın bir hissəsi uçub, eyvanı və pəncərələri isə çıxarılıb.

Qəzalı vəziyyətdə olan bu binanın altından keçən vətəndaşlar hər an xəsarət ala bilərlər. 

Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, bina bir neçə ildir bu vəziyyətdədir. Aidiyyəti dövlət qurumları tərəfindən bina qəzalı vəziyyətdə olan tikililərin siyahısına daxil edilib. Hazırda isə yaşayış binasında bütün işlər dayandırılıb.

Məsələ burasındadır ki, qəzalı vəziyyətdə olmasına və piyadalara təhlükə yaratmasına baxmayaraq, bina təhlükəsizlik məqsədilə hasara da alınmayıb. Buna görə də piyadalar məcbur qalıb binanın altında olan səkidən istifadə etməli olurlar.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən ''Xəzər Xəbər''ə bildirildi ki, binada yaşayan əksər sakinlərə kompensasiya verilərək oradan köçürülüblər. Ancaq 7 ailə kompensasiya məbləği ilə razılaşmadığı üçün məhkəməyə müraciət edib. Hazırda məhkəmə prosesi davam edir. Bu səbəbdən də yaşayış binası sökülə bilməz. Piyadalara yaranan təhlükəyə gəldikdə isə, icra hakimiyyətindən bildirildi ki, problemin həlli məqsədilə Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentinə məktub göndəriləcək. Ərazidə piyadaların təhlükəsizliyinin təmin etmək üçün hasarlanma işləri yaxın günlərdə hayata keçiriləcək.

Milli.Az


Etiketlər:  Bu bina real təhlükə mənbəyidir VİDEO


RƏYLƏR