Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peşəkar boksçu döyüşdə infarkt oldu: Həkimlər rinqə buraxılmadı

Peşəkar boksçu döyüşdə infarkt oldu: Həkimlər rinqə buraxılmadı

Tarix: 18 May 2022 14:12

Almaniyanın Münhen şəhərində 38 yaşlı peşəkar boksçu Musa Yamak uqandalı Həmzə Vanderaya qarşı döyüşərkən infarkt keçirib.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, hadisə üçüncü raunddan əvvəl baş verib. İdmançı əvvəlcə huşunu itirib və qəfildən yerə yıxılıb.

Dərhal təcili yardım çağırılsa da, azarkeşlərin sıxlığından həkimlər rinqə keçə bilməyiblər. Lakin Musa Yamakın bu səbəbdən dünyasını dəyişməsinə münasibət bildirilməyib.

Sadəcə, şəhər polisindən bildirilib ki, təcili yardım briqadasının təhlükəsiz rinqə keçidini təmin etmək üçün patrul qrupu göndərib.

Həkimlərin sözlərinə görə, boksçu ürək tutmasından dünyasını dəyişib.

Xatırladaq ki, Musa Yamak 2017-ci ildən peşəkar rinqdə çıxış edir, bu müddət ərzində keçirdiyi 8 döyüşün hamısında qalıb gəlib.


Etiketlər:  Peşəkar boksçu döyüşdə infarkt oldu Həkimlər rinqə buraxılmadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ