Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın zirehli qatarı partladılıb

Rusiyanın zirehli qatarı partladılıb

Tarix: 18 May 2022 15:50

Ukrayna partizanları Zaporojyenin Melitopol şəhərində Rusiyanın zirehli qatarını partladıb.

Sonxeber.net report-a istinadən bildirir ki, məlumatı UNIAN yayıb.

Bildirilib ki, dəmiryoluna ziyan dəyib. Zərərsizləşdirilən Rusiya hərbçilərinin sayı dəqiqləşdirilir.

Məlumata görə, hadisə əraziyə rusiyalı general-mayor gələrkən baş verib. Bir müddət əvvəl Melitopolda iki nəfərin meyiti aşkarlanıb. Həmin meyitlərin yüksək vəzifəli rusiyalılara aid olduğu bildirilib.

Partlayışı Ukrayna diversiya qrupunun törətdiyi ehtimal olunur.

Xatırladaq ki, Melitopol Rusiya hərbçilərinin nəzarəti altındadır. Bildirilib ki, Rusiya hərbçilərinin özlərini rahat hiss etməməsi üçün ukraynalı partizanlar şəhərdə tez-tez partlayışlar törədirlər.


Etiketlər:  Rusiyanın zirehli qatarı partladılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ