Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident: Ermənistana ciddi sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin, heç müharibə olmazdı

Prezident: Ermənistana ciddi sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin, heç müharibə olmazdı

Tarix: 18 May 2022 20:39

Əgər Ermənistana sanksiyalar, özü də, ciddi sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin, heç müharibə olmazdı.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev mətbuata bəyanatla çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: "Azərbaycan hər zaman öhdəliklərə sadiq olub. Aprelin sonuna qədər görüşə hazır olduğumuzla bağlı Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə söz vermişdiksə, biz buna sadiq idik. Lakin, biz eyni məsuliyyəti Ermənistan tərəfindən də görməliyik. Başqa sözlə, bizdə müəyyən nikbinlik olsa belə, Ermənistan hökumətinin bu cür manevrləri və çox qəribə addımları, əslində, yaranan müəyyən etimadı pozur.

İkinci Qarabağ müharibəsinə gəldikdə, bildirmək istərdim ki, Azərbaycan BMT Nizamnaməsinin bizə verdiyi hüquqdan, özünü müdafiə hüququndan tam yararlandı. Biz təxminən 30 il danışıqlara sadiq qaldıq, lakin onlar sıfır nəticə verdi. Uzun müddət ərzində mən şəxsən hər zaman Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməsinə çağırırdım. Əgər sanksiyalar, özü də, ciddi sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin, heç müharibə olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistan çox xüsusi münasibətdən yararlandı və beynəlxalq hüququ kobud şəkildə pozduğuna, digər ölkənin ərazisini işğal etdiyinə baxmayaraq, Ermənistana heç bir sanksiya tətbiq edilmədi".

Milli.Az


Etiketlər:  Prezident Ermənistana ciddi sanksiyalar tətbiq edilsəydi onda ola bilsin heç müharibə olmazdı


RƏYLƏR