Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səhiyyə Nazirliyi Balakəndə karantin elan edilməsi ilə bağlı RƏSMİ

Səhiyyə Nazirliyi Balakəndə karantin elan edilməsi ilə bağlı RƏSMİ

Tarix: 17 Sentyabr 2019 10:32

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə Nazirliyi Balakən rayonunun Yeni Şərif və Qaysa kəndlərində naməlum xəstəliyin aşkarlanması, həmin kəndlərdə karantin elan edilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yayılan məlumatlar həqiqətə uyğun deyil:

"Balakən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Dilbər Quliyevanın Səhiyyə Nazirliyinin mətbuat xidmətinə verdiyi məlumata görə, adı çəkilən kəndlərin tibb məntəqələrinə hər hansı bir xəstəliklə bağlı müraciət edən olmayıb. Həmin kəndlərə yaxın ərazidə yerləşən Qabaqçöl qəsəbə xəstəxanasına da adı çəkilən kənd sakinlərindən hər hansı bir müraciət qeydə alınmayıb".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Səhiyyə Nazirliyi Balakəndə karantin elan edilməsi ilə bağlı RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ