Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2022 11:08
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibi Con Kirbi iş yerini Ağ evə dəyişir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə CNN mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, Pentaqonun sözçüsü xarici siyasət sahəsində ictimaiyyətlə əlaqələr üzrə yüksək vəzifəli mütəxəssis vəzifəsini tutacaq və ABŞ-ın Milli Təhlükəsizlik Şurasına bağlı olacaq.
Onun yerinə kimin təyin olacağı hələlik bəlli deyil.
Məlumata görə, C. Kirbi yalnız zəruri hallarda Ağ evin mətbuat katibi Karin Jan-Pyer ilə birgə brifinq keçirəcək.
Əlavə edək ki, Karin Jan-Pyer bir neçə gün əvvəl bu vəzifədə Cen Psakini əvəzləyib.