Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Özündən 46 yaş böyük kişi ilə ailə qurdu

Özündən 46 yaş böyük kişi ilə ailə qurdu

Tarix: 20 May 2022 15:32

ABŞ-ın Filadelfiya sakini özündən 46 yaş böyük kişi ilə ailə qurub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu evlilik gənc qızın ailəsi və dostları tərəfində birmənalı qarşılanmayıb.

25 yaşlı Danielle Reiff uşaqlıqdan yuxusuzluq, iştahsızlıq və sümüklərdə və əzələlərdə ağrılardan əziyyət çəkirdi. 

Buna baxmayaraq, həkimlər xəstəliyin səbəbini müəyyən edə bilməyiblər. 

Bir dostu ona 71 yaşlı alternativ tibb ustası Hovard Reiffi tövsiyə edib. 

Altı seansdan sonra Hovard Reiff ilə aralarında münasibət yaranıb.

Onnlar gizlin görüşməyə və birgə yaşamağa qərar veriblər.

Bir müddət sonra qız əri haqqında ailəyə danışmaq qərarına gəlib.

Hazırda cütlük xoşbəxt olduqlarını bildiriblər.

Daniel indiki vəziyyətdə uşaq sahibi olmağın mümkünsüzlüyünü anlayır və bu, onu narahat etmir.

Milli.Az


Etiketlər:  Özündən 46 yaş böyük kişi ilə ailə qurdu


RƏYLƏR