Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mariya Stadnik Olimpiya Oyunlarına vəsiqə qazandı

Mariya Stadnik Olimpiya Oyunlarına vəsiqə qazandı

Tarix: 17 Sentyabr 2019 12:12

Bakı. Trend:

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Trend-in məlumatına görə, Azərbaycanın qadın güləşçisi Mariya Stadnik 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb. İdmançı buna dünya çempionatında yarımfinala yüksəlməklə nail olub.

M.Stadnik 1/4 finalda rusiyalı Yekaterina Poleşçuka qalib gələrək ilk "6-lıq"da yerini təmin edib və lisenziya normasını doldurub.

Xatırladaq ki, Azərbaycan güləşçisi Mariya Stadnik təsnifat mərhələsində ilk hissədə Nigeriya güləşçisinə vaxtından əvvəl təmiz qələbə ilə (10:0) qalib gəlib. 50 kq çəki dərəcəsindəki titullu pəhləvanın növbəti rəqibi Hindistanlı Sima Sima olub. Görüş Stadnikin qələbəsi ilə yekunlaşıb - 9:2.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mariya Stadnik Olimpiya Oyunlarına vəsiqə qazandı Mariya Stadnik Olimpiya Oyunlarına vəsiqə qazandı


Etiketlər:  Mariya Stadnik Olimpiya Oyunlarına vəsiqə qazandı


RƏYLƏR