Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2022 19:44
"Ukraynanın dətəklənməsinə əlavə yardım haqqında qanunu imzaladığı üçün ABŞ Prezidenti Cozef Baydenə təşəkkür edirəm".
Sonxeber.net "Report"a istinadən bildirir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə tviter səhifəsində ABŞ Prezidenti Cozef Baydenin 40 milyard dollarlıq yardımla bağlı layihəni imzaladığı üçün ünvanladığı təşəkkürdə bildirib.
O qeyd edib ki, Rusiyaya qarşı mübarizədə ABŞ-ın liderliyi, Prezident Bayden və Amerkia xalqının Ukraynanı dəstəkləməsi çox vacibdir:
"Yeni güclü müdafiə yardımı gözləyirik. Bu gün o, heç vaxt olmadığı qədər lazımdır".
Xatırladaq ki, mayın 21-də ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 40 milyard dollar yardım haqqında qanun layihəsini imzalayıb.