Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Uşaqlara pornoqrafik video izlədən şəxsin məhkəməsi başlandı

Uşaqlara pornoqrafik video izlədən şəxsin məhkəməsi başlandı

Tarix: 21 May 2022 20:28

İmişlidə azyaşlılara pornoqrafik video izlədən şəxs məhkəmə qarşısına çıxarılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov məlumat verib.

Qurum rəsmisi bildirib ki, şübhəli şəxs M. Abbasov barəsində cinayət işi açılaraq baxılması üçün məhkəməyə göndərilib.

İmişli Rayon Məhkəməsinin qərarı ilə M. Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, hadisə rayonun Rəsullu kəndində qeydə alınıb. Kənddə market işlədən M. Abbasovun azyaşlılara pornoqrafik videolar izlətməsi barədə polisə məlumat daxil olub.

M. Abbasovun video izlətdiyi azyaşlılardan birinin yaxınları isə bir neçə gün əvvəl onun marketinə hücum edib.

Milli.Az


Etiketlər:  Uşaqlara pornoqrafik video izlədən şəxsin məhkəməsi başlandı


RƏYLƏR