Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2022 13:40
Gürcü əsilli rusiyalı müğənni Valeriy Meladze şou-biznesdən gedir.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu barədə 56 yaşlı sənətçi sosial şəbəkədə məlumat verib. O, foto paylaşaraq bundan sonra dəniz suyunun təmizlənməsi ilə məşğul olacağını bildirib:
"Asudə vaxtlarım məni keçmiş peşəmə qayıtmağa sövq etdi. Universitetdən sonra aspiranturanı bitirdim və suyun dərin təmizlənməsi sahəsində elmlə məşğul oldum. Bu yaxınlarda mən namizədlik dissertasiyasını vərəqlədim və bu sahədə müasir nailiyyətləri öyrənərək, Mendeleyev cədvəlindəki müxtəlif elementlərin dəniz suyundan çıxarılması üçün qurğu hazırladım. Bu, çox perspektivli istiqamətdir. Yeni bir məqsəd məni ruhlandırır və həyəcanıma səbəb olur".
Meladze radio və televiziya kanallarında çıxışların onun üçün artıq maraqlı olmadığını da qeyd edib:
"Şou-biznesə olan marağım itsə də, musiqi ən sevdiyim peşə olaraq qalacaq. Mahnıların formatları, radiostansiyalarda rotasiyaların sayı və telekanallardakı çəkilişlərdə iştirakım artıq mənim üçün əhəmiyyət kəsb etmir. Dəqiq bilirəm ki, mahnılarım uzun müddətdir yaşayır və dinləyicilərim sayəsində hələ uzun müddət də sevilməyə davam edəcək".