Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2022 15:46
Mayın 17-də Rusiyanın Çerniqov vilayətinin Desna kəndinə endirdikləri aviazərbələr nəticəsində 87 nəfər həlak olub.
Sonxeber.net UNİAN-a istinadən bildirir ki, bunu Prezident Vladimir Zelenski Dünya İqtisadi Forumu zamanı deyib.
Çıxış zamanı prezidentə bir sıra suallar verilib. Prezident Ukraynanın gələcəyini necə gördüyü sualına cavab verərkən Desnanı xatırlayıb.
"Bu gün biz Desna üzərində işi başa çatdırdıq. Təəssüf ki, statistika belədir: bu gün Desnada dağıntılar altında 87 qurban var. 87 cəsəd, qurbanlar, həlak olanlar - Ukraynanın gələcəyi artıq bu insanlarsız olacaq", - deyə o bildirib.
Zelenski qeyd edib ki, müharibə şəraitində olan bir ölkənin prezidenti kimi o, Ukraynanın bu günü haqda və hər gün nə qədər insanın öldüyü barədə düşünür.
Aslan Məmmədov