Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda yaşayan soydaşlarımız öz soyadlarını asanlıqla dəyişə biləcəklər

Gürcüstanda yaşayan soydaşlarımız öz soyadlarını asanlıqla dəyişə biləcəklər

Tarix: 23 May 2022 21:28

Gürcüstanda yaşayan soydaşlarımız öz soyadlarını asanlıqla dəyişə biləcəklər. Bununla əlaqədar Gürcüstanın "Tarixi-mədəni ənənələrə uyğun soyadın dəyişdirilməsi hüququ haqqında" qanuna dəyişiklik ediləcək. Layihə artıq parlamentin bürosuna təqdim olunub.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Bolnisidə vətəndaşlarla görüşdə məlumat verib.

Onun sözlərinə görə, layihə ilə əlaqədar artıq parlamentdə ictimai dinləmələr də keçirilir.

Qanuna ediləcək dəyişikliklərdən sonra azərbaycanlılar soyadlarındakı "ov", "ova", "yev", "yeva" sonluqlarını "lı"-"li" və ya istədikləri digər sonluqlarla (Xəlilovu Xəlil, Məmmədovu Məmməd və ya Məmmədli) əvəz edə biləcəklər.

Parlamentin sədri bildirib ki, bu təşəbbüs fəal vətəndaş qrupları tərəfindən xeyli əvvəl irəli sürülüb. Parlament bu təklifləri nəzərə alıb və müvafiq müzakirələr də aparıb.

Qeyd edək ki, soyadların dəyişdirilməsi təşəbbüsü ilə ilk dəfə "Salam" qeyri-hökumət təşkilatı çıxış edib. Təşkilat keçən il "Mənin soyadımı qaytarın" devizi altında kampaniya aparıb və kampaniya çərçivəsində 27 mindən çox dəstək imzası toplayaraq parlamentə təqdim edib.

"Salam" təşkilatının təqdim etdiyi layihədə müəyyən texniki səhvlər olduğu üçün deputatlar məsələnin müzakirəsindən imtina ediblər. Lakin sonradan hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası həmin təşəbbüsə uyğun yeni qanun layihəsi hazırlayaraq parlamentə təqdim edib", - deyə Ş.Papuaşvili vurğulayıb.


Etiketlər:  Gürcüstanda yaşayan soydaşlarımız soyadlarını asanlıqla dəyişə biləcəklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ