Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2022 17:32
"İşaxtaranların təxminən 80 faizi işlə təmin oluna bilmir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev belə deyir. İşaxtaranların əmək bazarının tələblərinə uyğunlaşdırılması və hazırlanmasından danışan deputat bunu müxtəlif səbəblərlə əlaqələndirib.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, işaxtaranların təxminən 80 faizi işlə təmin oluna bilmir. Çünki onlar əmək bazarının tələblərinə hazır deyillər və uyğun iş tapa bilmirlər.
Bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri , millət vəkili Musa Quliyev deyib. Onun sözlərinə görə hər gün 20-yə yaxın vətəndaş məktubu göndərilir və çoxu da iş axtarmaqla bağlı olur.
Millət vəkili bildirib ki, əmək bazarında işaxtaranlarla iş yerlərinin kommunikasiyasının olmaması da əsas səbəblərdəndir.
Problemin həll olunması üçün uçot və statistika dəqiqləşdirilməli, regionlar üzrə araşdırma aparılmaldır. Hansı ixtisaslar üçün daha çox hansı iş yerləri var, onlara üstünlük verilməlidir. Xüsusilə gənclər və qadınların məşğulluğunun təmin olunması ilə əlaqədar bu profilli iş yerləri açılmalıdır" deyə millət vəkili vurğulayıb.