Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda quldurluq edən şəxsdə tapança aşkarlanıb

Bakıda quldurluq edən şəxsdə tapança aşkarlanıb

Tarix: 30 May 2022 13:38

Bakı sakininə qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.net-a verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt sakini E.Məmmədova qarşı quldurluq etməkdə şübhəli bilinən Rəşad Almazov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş "Makarov" markalı tapança, 3 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.


Etiketlər:  Bakıda quldurluq edən şəxsdə tapança aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ