Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2022 08:10
Mayda Almaniyada inflyasiya 7,9% təşkil edib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu, 1990-cı ildə ölkənin birləşməsindən sonra qeydə alınmış ən yüksək göstəricidir. Bundan daha yüksək göstərici 1952-ci ildə Qərbi Almaniyada (AFR) qeydə alınmışdı. İnflyasiyanın səbəbi Ukrayna böhranı nəticəsində təchizat zəncirinin pozulmasıdır. Bu da ərzaq və enerji qiymətlərinin kəskin bahalaşması ilə nəticələnir.
Bahalaşma enerji və ərzaq qiymətlərində daha ciddi görünür. Enerji daşıyıcıları martda 39,5%, apreldə 35%, mayda isə 35,3% bahalaşıb. Ərzaq qiymətlərində isə artım apreldə 8,6%, mayda isə 11,1% olub.