Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sabahdan avtobuslarda kondisionerlər işləyəcək - BNA

Sabahdan avtobuslarda kondisionerlər işləyəcək - BNA

Tarix: 31 May 2022 12:46

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi tərəfindən müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə yay mövsümünə keçidlə əlaqədar zəruri tədbirlərin görülməsi barədə xəbərdarlıq məktubu göndərilib.

Agentlikdən Sonxeber.net-a verilən məlumata görə, məktubda son günlərdə havanın temperaturunun yüksəlməsini nəzərə alaraq marşrutlar üzrə kondisionerlərlə təchiz olunan avtobuslarda havalandırma sisteminin 01.06.2022-ci il tarixindən iqlim şəraitinə uyğun tənzimlənməsi tapşırılıb.


Etiketlər:  Sabahdan avtobuslarda kondisionerlər işləyəcək


RƏYLƏR