Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ramanadakı su kanalı antisanitar vəziyyətdədir - VİDEO

Ramanadakı su kanalı antisanitar vəziyyətdədir - VİDEO

Tarix: 31 May 2022 17:32

Sabunçu rayonu, Ramana qəsəbəsi, "Südçülük sovxozu" adlanan ərazidən keçən kanalda acınacaqlı mənzərə müşahidə olunur.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, suvarma kanalına atılan tullantıların yaratdığı üfunət hər kəsi narahat edir.

Sakinlərin sözlərinə görə, bu vəziyyət uzun müddətdir ki, davam edir.

Məsələ ilə əlaqədar Sabunçu rayon, Ramana qəsəbə nümayəndəliyindən bildirilib ki, sözügedən kanal həftədə 1-2 dəfə təmizlənir. Lakin sakinlər tərəfindən kanala məişət tullantılarının atılması kanalın yenidən bu hala düşməsinə səbəb olur.

Abşeron Suvarma Sistemləri İdarəsinin sahə rəisi Rafel İbrahimov qeyd edib ki, ilin əvvəlində kanalda ümumi təmizlik işləri görülüb.

Sahə rəisinin sözlərinə görə, magistral kanalda təmir bərpa işləri başa çatıb. ''Qol kanalların da təmiri ilə bağlı Meliorasiya və Su Təsərrüfatı'' ASC-yə məktub ünvanlanıb. Yaxın vaxtlarda əsaslı təmirə başlanacaq'',- deyə o əlavə edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Ramanadakı kanalı antisanitar vəziyyətdədir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ