Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Meymunçiçəyinin müalicəsi üçün bu dərman effektivdir

Meymunçiçəyinin müalicəsi üçün bu dərman  effektivdir

Tarix: 31 May 2022 21:06

Liverpul Universitetinin alimləri müəyyən ediblər ki, Amerikanın antiviral dərmanı "Tecovirimat" meymunçiçəyi xəstəliyi ilə mübarizədə təsirlidir.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, araşdırmanın nəticələri "Lancet" jurnalında dərc olunub.

Alimlər təhlükəli yoluxucu xəstəliklərin tədqiqi mərkəzləri tərəfindən toplanmış 2018-2021-ci illər üzrə məlumatları təhlil edərək, iki dərman - "Brincidofovir" və "Tecovirimat" müəyyən ediblər. Bunlardan birincisi suçiçəyi xəstəliyinin müalicəsi üçün hazırlanıb, ikincisi isə ABŞ-da bioloji silah təhlükəsi ilə mübarizə üzrə hökumətin proqramı çərçivəsində yaradılıb.

Tədqiqat zamanı alimlər bu dərmanlardan insanların çiçək xəstəliyinə qarşı mübarizədə istifadə ediblər. "Brincidofovir"dən fərqli olaraq, "Tecovirimat" virusun çoxalmasını bloklamağı bacarıb.

Həkimlər araşdırmalarını davam etdirəcəklər. Onlar "Tecovirimat"ın meymunçiçəyi xəstəliyinə qarşı effektivliyini sübut etmək niyyətindədirlər.

Milli.Az


Etiketlər:  Meymunçiçəyinin müalicəsi üçün bu dərman effektivdir


RƏYLƏR