Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2022 10:30
"Biz Rusiya ilə NATO arasında müharibə axtarmırıq..."
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentin Cozef Bayden "The New York Times"a yazdığı məqaləsində bildirib.
O vurğulayıb ki, ABŞ Rusiya ilə müharibəni arzulamır. ABŞ Prezidentinin sözlərinə görə, NATO qüvvələrinə hücum olmayanadək Vaşinqton Ukrayna münaqişəsinə birbaşa müdaxilə etməyəcək.
Cozef Bayden məqaləsində bildirib ki, münaqişədə ABŞ-ın başlıca hədəfi Ukraynanın demokratik dövlət və özünü istənilən hücumlardan müdafiə etmək qabiliyyətinə malik olmasıdır:
"ABŞ başqa olmaqla azad dünya və başqa ölkələr hərbi, humanitar və maliyyə yardımı etməklə Ukraynanın tərəfindədir".