Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkədə meymunçiçəyinə görə vəhşi heyvan ətinin satışı qadağan edildi

Bu ölkədə meymunçiçəyinə görə vəhşi heyvan ətinin satışı  qadağan edildi

Tarix: 2 Iyun 2022 23:30

Nigeriya meymunçiçəyinin yayılmasının qarşısını almaq üçün vəhşi heyvan ətinin satışını qadağan edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Naziri Məhəmməd Əbu Bəkr ölkədəki bütün vəhşi heyvan ovçularına və ticarətçilərinə işlərini dayandırmağı əmr edib.

Virusun vəhşi heyvan ətinin istehlakı ilə ötürüldüyünə dair heç bir sübut olmasa da, qərarın ehtiyat məqsədli olduğu bildirilir.

İndiyədək 21 yoluxmanın görüldüyü ölkədə virusdan ilk ölüm mayın sonunda qeydə alınıb.

Qeyd edək ki, ölkə daxilində siçanlar, antiloplar, çöl donuzları, ilanlar və şimpanzelər kimi heyvanların ətlərinin satıldığı bir çox bazar var.

Milli.Az


Etiketlər:  Bu ölkədə meymunçiçəyinə görə vəhşi heyvan ətinin satışı qadağan edildi


RƏYLƏR