Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2022 15:32
Bir mənzilin bir neçə müştəriyə satılmasının qarşısı alınacaq.
Əmlak Məsələləri Dövlət Xidməti bu istiqamətdə layihə hazırlayır. Belə ki, ev alqı-satqısı zamanı müəyyən prosedurların elektron müstəviyə gətirilməsi planlaşdırılır. Belə ki, Bina inşa edilmədən əvvəl və yaxud inşa edilən dövrdə sahibkarın adına sənədləşdiriləcək və həmin mənzilləri daha sonra notarial qaydada satmaq mümkün olacaq.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov hesab edir ki, layihədən başqa Əlavə dəyər vergisinin bir hissəsinin də alıcıya qaytarılması belə dələduzluq hallarının qarşısını alacaq.
Nüsrət İbrahimovun sözlərinə görə, prosesdə alıcıların da üzərinə məsuliyyət düşür.
Ekspert deyir ki, bir evin bir neçə şəxsə satılması kimi fırıldaqçılıq halları ən çox dövlət qeydiyyatında olmayan binalardakı mənzillərin satışında rast gəlinir.