Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2022 09:00
Dünyanın ən kasıb ölkələrindən olan Çad Respublikası Ukraynada hərbi əməliyyatlar nəticəsində yaranmış böhrana görə ərzaq problemi ilə üzləşib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hökumət bu səbəbdən ölkədə fövqəladə vəziyyət elan edib.
Mərkəzi Afrika ölkəsindəki mövcud ərzaq problemi taxıl ixracının blokadaya düşməsi ilə daha da gərginləşib.
Çad hökuməti beynəlxalq tərəfdaşlarından ona yardım göstərməyi xahiş edib.
Ukraynada gedən hərbi əməliyyatlar dənli bitkilərin və yağların qiymətlərinin kəskin artmasına səbəb olub.