Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2022 15:55
"Avroviziya" təmsilçilərimiz Aysel Teymurzadə və Samirə Əfəndi bir araya gəlib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, onlar modelyer Rüfət İsmayılın dəfiləsində üz-üzə gəliblər. Birlikdə çəkilən görüntülərini Samirə instaqram səhifəsində yayımlayıb.
"Azərbaycanda dünyada tarix yazan" deyə, Samirə Ayselin ünvanına deyib.
Əfəndi daha sonra paylaşımına "Çıxdığım hər səhnədən sonra - fərq etmir kiçik və ya böyük - yaşadığım təsüratdan uzun zaman ayıla bilmirəm. Bunu hiss edirsənsə, demək ki, daha çoxunu insanlarla bölüşə bilmisən. Səhnəyə olan ehtirasım və həvəsim tükənməzdir" sözlərini qeyd edib.
Qeyd edək ki, Aysel Xalq artisti Murad Adıgözəlzadə ilə ailəlidir. Cütlüyün 3 övladı var.