Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2022 22:46
Gürcüstan hökuməti Konstitusiya Məhkəməsinə ölkə Prezidenti ilə səlahiyyətin bölünməsi ilə bağlı iddia ilə müraciət edib.
Sonxeber.net "report"a istinadən bildirir ki, iddiada səfirlərin və diplomatik missiyaların rəhbərlərinin təyinatı və vəzifədən azad edilməsi ilə bağlı hökumət və Gürcüstan Prezidenti arasında səlahiyyətlərin bölünməsi tələb olunur.
Hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze bildirib ki, Konstitusiya Gürcüstan Prezidentinə ölkənin daxili və ya xarici siyasətinin həyata keçirilməsində iştirak etmək səlahiyyətini vermir.
O qeyd edib ki, konkret dövlətdə və ya təşkilatda konkret vəziyyətdə hansı səfirin və ya diplomatik missiyanın rəhbərinin daha uyğun olduğuna qərar vermək hökumətin müstəsna səlahiyyətidir.
İddiada Gürcüstan Prezidenti ilə hökumət arasında qeyd olunan səlahiyyətlərin ayrılması ilə bağlı izahat tələb edilib.