Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabahın HAVAsı

Sabahın HAVAsı

Tarix: 7 Iyun 2022 13:06

İyunun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, havanın temperaturu gecə 18-20° isti, gündüz 25-28° isti olacaq. Bakıda gecə 18-20° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda qısamüddətə fasilə olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-20° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.

Milli.Az


Etiketlər:  Sabahın HAVAsı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ