Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyalı tamaşaçı: Görünür gimnastlar Bakıda çıxış etməyi xoşlayır

Rusiyalı tamaşaçı: Görünür gimnastlar Bakıda çıxış etməyi xoşlayır

Tarix: 18 Sentyabr 2019 20:24

Bakı. Cani Babayeva - Trend:

Bakıdakı Milli Gimnastika Arenasının zalı möhtəşəmdir.

Bunu Trend-ə bədii gimnastika üzrə dünya çempionatının tamaşaçısı, Krasnodardan (Rusiya) gəlmiş Darya Poçenkova deyib.

"Bakıdakı Milli Gimnastika Arenasının zalı möhtəşəmdir, çox genişdir. Gimnastlar burada rahat çıxış edirlər. Görünür, bura onların xoşuna gəlir. Rusiya gimnastları müsahibələrində də məhz belə deyirlər".

Rusiyalı tamaşaçının sözlərinə görə, Bakıda dünya çempionatının təşkili çox yüksək səviyyədədir:

"Hər şey əladır, əgər hər hansı sualınız varsa, mehriban könüllülər daima kömək etməyə hazırdır".

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.


Etiketlər:  Rusiyalı tamaşaçı Görünür gimnastlar Bakıda çıxış etməyi xoşlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ