Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2022 14:06
Ötən sutka ərzində ruslar Nikolayev vilayətinin 5 yaşayış məntəqəsini atəşə tutub, nəticədə ölənlər və yaralananlar, çoxlu dağıntılar var.
Sonxeber.net bildirir ki, bu haqda Nikolayev vilayətinin polisi, Nikolayev vilayət şurasının rəhbəri Anna Zamazeyeva Telegram-da yazıb.
"Baştanka şəhəri və Kaluqa, Zelyonıy Qay, Zasilye və Muraxovka kəndləri atəşə tutulub. Bir yaşayış binası və altı fərdi yaşayış evi, bir stadion və digər mülki infrastruktur obyektlərinə ziyan dəyib. Ölənlər və yaralananlar var", - o qeyd edib.
Zamazeyeva qeyd edib ki, iyunun 8-nə keçən gecə ruslar Nikolayev şəhərini yenidən vurublar.
Ümumilikdə, son sutka ərzində Nikolayev vilayətində 13 nəfər xəsarət alıb. Ölənlər arasında uşaqlar yoxdur.
Polis Cinayət Məcəlləsinin 438-ci (Müharibə qanunlarını və adətlərini pozma) maddəsi ilə cinayət işi açıb, hadisələri araşdırır.
Hüquq-mühafizə orqanları Nikolayev vilayətinin sakinlərini hava hücumu siqnallarına məhəl qoymağa və sığınacaqlara vaxtında getməyə və ya "iki divar" qaydalarına əməl etməyə çağırır.
Aslan Məmmədov