Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2022 16:16
ABŞ Rusiya işğalçılarına qarşı döyüşmək üçün Ukraynaya hərbi yardım paketi çərçivəsində M777 qoşqulu haubitsaların daha bir partiyasını göndərib.
Sonxeber.net bildirir ki, bu barədə Pentaqon öz Facebook səhifəsində məlumat yayıb.
"ABŞ Dəniz Piyadaları Korpusunun M777 haubitsı ABŞ-ın Ukraynaya təhlükəsizlik yardımı çərçivəsində Kaliforniya ştatının Març Hərbi Hava Qüvvələri bazasında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-17 Globemaster III təyyarəsinə yüklənir", - məkumatda deyilir.
Məlumatda təyyarəyə yüklənən haubitsalardan birinin fotoşəkili də əlavə olunur.
Aslan Məmmədov