Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna müdafiəni saxlayır, rusların itkiləri dəqiqləşdirilir

Ukrayna müdafiəni saxlayır, rusların itkiləri dəqiqləşdirilir

Tarix: 10 Iyun 2022 10:22

Ukrayna Silahlı Qüvvələri müdafiəni möhkəm saxlayır və müəyyən ərazilərdə hücum əməliyyatları aparır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Ukrayna Müdafiə Qüvvələrinin bölmələri düşmən qoşunlarına ciddi itkilər verməkdə davam edir, bütün istiqamətlərdə müdafiəni əzmlə saxlayır. Müəyyən ərazilərdə hücum əməliyyatları aparılır", - məlumatda bildirilib.

Bildirilib ki, Donetsk vilayətinin Dolina qəsəbəsi ərazisində Müdafiə Qüvvələrinin artilleriya bölmələri düşmənin şəxsi heyəti və hərbi texnikasının toplanmasına atəş açıb. Düşmənin itkiləri dəqiqləşdirilir.

Eyni zamanda, Toşkovka qəsəbəsinin şimal-qərb kənarında ukraynalı əsgərlər rus ordusunun hücumunu uğurla dəf ediblər.

Milli.Az


Etiketlər:  Ukrayna müdafiəni saxlayır rusların itkiləri dəqiqləşdirilir


RƏYLƏR