Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2022 19:35
"Bir təbiətsevər və heyvansevər olaraq demək istəyirəm ki, üstümə küçə heyvanı hücum etməyib. Belə eşitdikcə onlara qarşı aqresiv və haqsız davranmağa başlayırıq. Düzdür, bəzən heyvan hücum edir insanlara. Heyvan quduzdursa, istər ev, istərsə də küçə, onu təcrid etmək lazımdır".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Kamilə Babayeva söyləyib. Bir neçə gün əvvəl it hücumuna məruz qalan və xəstəxanaya yerləşdirilən Babayeva başına gələn hadisəni danışıb. O bildirib ki, əslində ona küçə iti hücum etməyib:
"Dostumgildəydim, bağlarında olan balaca it məni bir az dişlədi. Qorxunun gözü böyük olduğu üçün vəziyyət belə oldu. Birbaşa media nümayəndələri ilə ünsiyyətə girə bilmədiyim üçün bu cür yazıldı".