Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millinin futbolçularını daşıyan avtobus qəza törətdi - FOTO

Millinin futbolçularını daşıyan avtobus qəza törətdi - FOTO

Tarix: 11 Iyun 2022 19:18

Bolqarıstan millisinin futbolçularını daşıyan avtobus Gürcüstanın paytaxtı Tiflisdə qəza törədib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, qəza komanda iki avtobusla hava limanından otelə gedərkən baş verib. Avtomobillərdən birinin sürücüsü idarəetməni itirərək digər avtobusa çırpılıb. Qəza nəticəsində "Botev"in yarımmüdafiəçisi Todor Nedelev ciddi xəsarət alıb, onun gözlərinə şüşə qırıqları düşüb. Futbolçu xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Oyunçunun həyatı üçün təhlükə olmadığı bildirilir.

Xatırladaq ki, sabah UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turunun Gürcüstan - Bolqarıstan oyunu keçiriləcək.

Milli.Az


Etiketlər:  Millinin futbolçularını daşıyan avtobus qəza törətdi FOTO


RƏYLƏR