Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda zəlzələlər davam edir - Yenə oldu

İranda zəlzələlər davam edir - Yenə oldu

Tarix: 19 Sentyabr 2019 12:56

Bakı. Elnur Bağışov - Trend:

İranın cənub-şərqində, Kirman vilayətində 4,1 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutunun Seysmologiya Mərkəzi xəbər yayıb.

Məlumatda bildirilir ki, zəlzələ Qolbaf rayonunun 3 kilometrliyində, 10 km dərinlikdə qeydə alınıb.

Zəlzələ yerli vaxtla saat 11:54-də baş verib.

Ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib.

Qeyd edək ki, son bir neçə gündə İranın bir sıra vilayətində 4 baldan yuxarı zəlzələlər baş verib.

Xatırladaq ki, 8 iyulda İranın cənub-qərbində, Xuzistan vilayətində 5,7 bal gücündə baş verən zəlzələ nəticəsində 1 nəfər həlak olub, 112 nəfər yaralanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İranda zəlzələlər davam edir Yenə oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ