Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu uşaqlara günəş kremindən istifadə tövsiyə olunmur

Bu uşaqlara günəş kremindən istifadə  tövsiyə olunmur

Tarix: 14 Iyun 2022 21:36

Yay aylarında dərini günəşin zərərli ultrabənövşəyi şüalarından qorumaq üçün günəş kremlərindən geniş istifadə olunur .

Bəs, uşaqlar üçün hansı günəş kremləri məsləhətlidir?

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə pediatr Elşən Tağıyev konkret cavab verib:

"6 aydan kiçik uşaqların açıq günəş şüaları altında qalması və günəş kremlərindən istifadə tövsiyə olunmur .6 aydan böyük uşaqlar üçün kremlərdən istifadə oluna bilər .Günəş kremləri seçərkən SPF (Sun Protection Factor) - günəş şüalarından qoruma faizinə diqqət edin".

Onun sözlərinə görə, uşaqlar üçün bu kremlər daha uyğundur:

"SPF 15 kremlər - günəş şüalarının 93%-i,
SPF 30 kremlər Günəş şüalarının 97%-i,
SPF 50 kremlər günəş şüalarının 98%-i bloklaylr və dərini qoruyur.

Gördüyünüz kimi SPF 30 kremlər həm körpə həm də böyüklər üçün ideal seçimdir. Daha yüksək SPF kremlər tövsiyə olunmur".

Milli.Az


Etiketlər:  Bu uşaqlara günəş kremindən istifadə tövsiyə olunmur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ