Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2019 14:08
Bakı. İlhamə İsabalayeva - Trend:
İsmayıllıda keçirilən Kartof festivalında 7 nəfər zəhərlənib.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, zəhərlənmə ehtimalı ilə 7 nəfər (3 kişi, 4 qadın) İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edib:
"Baş həkim Aydın Əsədovun verdiyi məlumata görə, müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evlərinə buraxılacaqlar. Hadisə barədə polis və Qida Təhlükəsizliyi agentliyinə məlumat verilib".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin