Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pentaqon: ABŞ Ukraynaya daha çox raket sistemi göndərəcək

Pentaqon: ABŞ Ukraynaya daha çox raket sistemi göndərəcək

Tarix: 15 Iyun 2022 08:10

ABŞ hökuməti Ukraynaya əlavə çoxlu raket qurğuları göndərəcək.

Sonxeber.net "report"a istinadən xəbər verir ki, bunu Pentaqon rəhbərinin müavini Kolin Koul bildirib.

"Biz ukraynalıları Ukrayna ərazisində öz məqsədlərinə çatmaq üçün lazım olan hər şeyi təmin edəcəyik", - Koul deyib.

Məlumata görə, Ukrayna rəsmiləri onlara azı 60 reaktiv yaylım atəşi sistemi lazım olduğu barədə müraciət edib.

Bundan əvvəl ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit deyib ki, sözügedən məsələ Brüsseldə 50-yə yaxın ölkənin iştirakı ilə Ukraynaya silah tədarükü üzrə təmas qrupunun üçüncü iclasında müzakirəyə çıxaracaq.


Etiketlər:  Pentaqon ABŞ Ukraynaya daha çox raket sistemi göndərəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ