Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2022 15:08
Avstraliyanın Kvinslend Universitetinin alimləri plastiki yeyərək emal edə bilən qurdlar aşkar ediblər.
Araşdırmanın nəticələri "Microbial Genomics" jurnalında dərc olunub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, alimlər "Zophobas morio" böcəklərinin sürfələrinin bağırsaqlarında polistireli həzm edən xüsusi fermentlərin olduğunu öyrəniblər.
Polistirol - qablaşdırma, birdəfəlik istifadə olunan bıçaq və CD qutuları üçün istifadə edilən ümumi plastik növüdür. Bu cür materialın təkrar emalı olduqca çətindir, buna görə də əksər hallarda son məkanı poliqonlar və okeanlar olur ki, bununla da yerli ekosistemlərə zərər vururlar.
Tədqiqatçılar üç həftə ərzində sürünənlər və quşlar üçün yem kimi yetişdirilən iri qurdlarda müxtəlif qida rejimi tətbiq ediblər. Birinci qrupa ponepolistirol, digərinə kəpək verilib, üçüncü qrupa isə heç nə verilməyib.