Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gələn ay Azərbaycanda ''Google Pay'' işə düşəcək

Gələn ay Azərbaycanda ''Google Pay''  işə düşəcək

Tarix: 16 Iyun 2022 14:40

İyuldan etibarən "Google pay" (GPay) ödəmə sistemi Azərbaycanda aktiv olacaq.

Sonxeber.net "Report"a istinadən bildirir ki, platformanın Azərbaycanda aktivləşdirilməsi üçün işlər yekunlaşıb:

"Aprel ayında bununla bağlı "Google" ilə razılığa gəldik. Həmçinin "Visa" və "MasterCard" beynəlxalq ödəmə texnologiyası şirkətləri ilə də anlaşmışıq. Azərbaycan tərəfi olaraq üzərimizə düşən bütün işləri görmüşük. Yalnız qarşı tərəfin bununla bağlı qərar verməsi qalıb. Bizə bildirilib ki, iyul ayında "Google Pay" Azərbaycanda aktivləşəcək. Amma yenə də onlardan qaynaqlanan səbəblərdən proses 1 ay yubana bilər. Amma avqustdan o tərəfə keçməycək və biz bu yay "Google Pay"dən yararlana biləcəyik".

Mənbənin sözlərinə görə, "Samsung Pay" və "Pay Pal" kimi ödəmə playformalarının tezliklə aktivləşməsi planda yoxdur.

Qeyd edək ki, "Google Pay" 2015-ci ilin sentyabrın 11-də yaradılmış ödəmə sistemidir və "Android" platformasında olan mobil telefonlar, planşetlər və digər ağıllı cihazlarda çalışır.


Etiketlər:  Gələn Azərbaycanda Google işə düşəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ