Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ISW: Rusiya Xerson yaxınlığında saxta bayraqla hücumlar keçirə bilər

ISW: Rusiya Xerson yaxınlığında saxta bayraqla hücumlar keçirə bilər

Tarix: 17 Iyun 2022 08:10

Rusiya Ukraynanın əks-hücumlarına cavab olaraq Xerson yaxınlığında yalançı bayraq altında hücumlar təşkil edə bilər.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Amerikanın Müharibənin Tədqiqi İnstitutu (ISW) açıqlama yayıb.

"Ruslar, ehtimal ki, Ukraynanın əks-hücumlarına cavab olaraq, Xerson və Nikolayev vilayətlərində ehtiyat mövqelərini daha da gücləndirirlər. Xüsusilə, Davydov Broddan cənub-şərqdə, Bezvodnı və İşçenko bölgələrində müdafiə mövqelərini yaxşılaşdırdılar",- deyə məlumatda bildirilir.

Rusiya qüvvələri ağır artilleriya qurğularını Ukraynanın zərbələrindən gizlətmək üçün Xerson vilayətində irriqasiya (beton suvarma qurğuları) sistemlərini sökür.


Etiketlər:  Rusiya Xerson yaxınlığında saxta bayraqla hücumlar keçirə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ