Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Minaya düşən ANAMA əməkdaşının vəziyyəti açıqlanıb

Minaya düşən ANAMA əməkdaşının vəziyyəti açıqlanıb

Tarix: 17 Iyun 2022 11:38

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat üçün bildirir ki, 2022-ci il 17 iyun tarixində Agentliyin əməkdaşı 1991-ci il təvəllüdlü Vəliyev Ruhin Sultan oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş vermişdir.

Nəticədə, Vəliyev Ruhin Sultan oğlu rayon xəstəxanasına yerləşdirilmiş, sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunmuşdur. Hal-hazırda vəziyyəti stabildir.

Hadisə barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Milli.Az


Etiketlər:  Minaya düşən ANAMA əməkdaşının vəziyyəti açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ